Gazelli Café iaşə xidməti
Gazelli Café iaşə xidməti
«Sizin tədbir – bizim mətbəx!»
Gazelli Café müxtəlif tədbirlər üçün Avropasayağı səyyar restoran qaydalarına uyğun iaşə xidməti göstərir.

Əsas vəzifələrimizdən biri müştərilərimizin bütün ideya və istəklərinin tam şəkildə reallaşdırılmasını təmin etməkdir.

Konsepsiyaya uyğun menyunun tərtib edilməsi və dequstasiya, yüksəksəviyyəli xidmət, Gazelli Café-nin təcrübəli aşpazlarının hazırladıqları yeməklərin düzgün təqdimatı, qidalanmanın təşkili üzrə maksimal rahatlığın təmin edilməsi. Gazelli Café-nin iaşə xidməti tədbiriniz üçün yüksək keyfiyyətdə xidmətlər kompleksi deməkdir.
Tədbirlər
BINGO! Gazelli Café iaşə xidməti ilə
Böyük məmnuniyyətlə Gazelli Café-dən “BINGO!” tematik oyunu ilə iaşə xidmətini təqdim edirik. Sizi istedadlı aparıcının müşayiəti ilə maraqlı müsabiqələr və Gazelli House-dan xoş hədiyyələrlə dolu bir axşam gözləyir.

Yeni xidmət çərçivəsində aparıcı Rüfət Xələfovun müşayiəti ilə maraqlı oyunun ab-havasını duya, barmenlərimizin müəllif içkilərindən, eləcə də Gazelli Café-nin baş aşpazı Timur Pivkinin yeməklərindən dada və yaxınlarınızın əhatəsində inanılmaz vaxt keçirə bilərsiniz.
© 2022 All Right Reserved. Gazelli Cafe