Gazelli Café-nin baş aşpazı Timur Pivkin hesab edir ki, istənilən işdə səy, məsuliyyət və gördüyün işə həqiqi sevgi əsas rol oynayır. Kulinariya sahəsində 20 ildən yuxarı təcrübə ilə, dəfələrlə beynəlxalq kulinariya yarışlarının qızıl mükafatçısı olmaqla, HACCP (Hazard Analysis and Critical Control Points), ISO22000 (beynəlxalq standartlar sistemi) və Food Safety (level 3) sertifikatlarına sahib olmaqla, eləcə də həyatının işinə aşiq olmaqla yeniliklər öyrənməyə, dadlarla eksperimentlər aparmağa, öz sahəsində yeni yüksəkliklər fəth etməyə və Gazelli Café-nin qonaqlarını tayı-bərabəri olmayan yeməklərlə sevindirməyə davam edir.
Söhbətimiz əsnasında Timur karyera yoluna necə başladığı, sevimli yeməklərinin tarixçəsi və Gazelli Café-dəki yenilikləri barədə danışdı.
Özü haqqında
İlk dəfə mətbəxə çox gənc yaşımda girmişəm. Cavan, təcrübəsiz idim, işin ilk günlərindən təcrübəli həmkarlarımın mənə güvənmədiklərini gördüm. Lakin sarsılmaz həvəsim, çalışqanlığım və sevgim məni digərlərindən fərqləndirirdi. Bu xüsusiyyətlərim sayəsində cəmi 2 aya tələbəlikdən aşpaz vəzifəsinə yüksəldim. Bir neçə ay sonra da Bakı-Tbilisi-Ceyhan layihəsinin baş aşpazı oldum. 17 yaşım tamam olmamışdı – bütün mətbəxə başçılıq edirdim. Belə bir böyük məsuliyyət üçün hələ tez olduğunu başa düşürdüm, lakin həyat belə gətirmişdi. İşləməklə bərabər aşpazlıq məktəbində təhsil almağa davam edirdim, bitirib 4-cü kateqoriya diplomu aldım: aşpaz-qənnadıçı.
Kulinariyaya gəlməzdən əvvəl Respublika Olimpiya İdman liseyini bitirmişəm. Məhz idman keçmişim gələcək karyeramda mənə çox kömək olan daxili intizam yaratmışdı. Uşaqlıq illərimdə proqramçı olmaq istəyirdim – riyaziyyatı yaxşı bilirdim, bu sahəyə marağım düşüncə çevikliyini və detallara diqqətli olmağı öyrədib.
Daim yeniliklər öyrənir, müxtəlif layihə və müsabiqələrdə iştirak edir, eləcə də jüri kimi çıxış edirəm. Belə ki, iştirak etdiyim ilk müsabiqələrdən biri İstanbulda keçirilirdi. Bu müsabiqədə mən 3 medalı birdən qazandım: qızıl, bürünc və gümüş, eləcə də akkreditasiya əldə etdim. Bir müddət əvvəl əlavə təhsil almağa qərar verdim – iqtisad universitetinə qəbul olundum, mehmanxana və restoran işinin idarə edilməsi fakültəsini bitirdim.
Gazelli Café və onun yeni menyusu haqqında
Kafemizin əsas fərqləndirici xüsusiyyətlərindən biri bütün məhsulları özümüzün hazırlamağımızdır: çörək və qənnadı məhsullarından souslara qədər. Özümüzün qənnadı seximiz və çörəkxanamız var.
Yeni mövsümdə menyuya müxtəlif yeniliklər əlavə edirik.
Yay ərəfəsində menyumuzun 60%-nə dəyişiklik etdik, yalnız qonaqlarımızın bir neçə sevimli yeməyini saxladıq. Yeni səhər yeməkləri, desertlər, əsas yeməklər. Belə ki, səhər yeməyi çeşidlərinə xama və qatılaşdırılmış sousla "tənbəl vareniklər", desertlərə isə xüsusi hazırlanmış şirniyyatlarla güzgülü sini əlavə edilib.
"Menyumuzdan ən sevimli yeməyim..."
... Armudla toyuq qaraciyəri! Birmənalı olaraq. İnanılmaz dadların birləşməsidir, heç yerdə buna oxşar təam yoxdur. Armudla toyuq qaraciyəri ideyası pandemiyada və karantin məhdudiyyətləri zamanı gəldi. Evdə daima eksperimentlər aparırdım, yeni dad və həllər axtarışında idim. Toyuq qaraciyəri həvəskarı kimi bir çoxlarının bu dadı sevmədiyini bilirdim. Tam təsadüf nəticəsində toyuq qaraciyərini armud, moruq sirkəsi və təbii aqave siropu ilə birləşdirmək ideyası gəldi. Əsl kulinariya əsəri alındı!
Gazelli House haqqında
Mənim üçün Gazelli House tərk etmək istəmədiyim məkandır. Hər kəsin özünü komfortlu və rahat hiss etdiyi ayrıca kiçik bir dünya kimidir. Burada kreativlik, yeni ideyalar, təşəbbüskarlıq, inkişaf hər zaman xoş qarşılanır. Bu çox vacibdir.