Bloq. Gazelli Café

Gazelli Café-də yeni mövsüm kokteylləri

Kokteyl menyumuza rəngarəng, yayın sevimlisinə çevriləcək beş yeni kokteyl əlavə edilib. Onların hər biri özünəməxsus dadı və tərkibi ilə fərqlənir.

Təzə sıxılmış limon şirəsi və çiyələkli kordial ilə Ribes Famiglia, xartutlu Black Mulberry, meskallı Margarita, giləmeyvəli Spritz və ananaslı Daiquiri – bəs siz hansını seçirsiniz?