Bloq. Gazelli Café

Chef’s Table

Chef’s Table-ın tarixi 1800-cü illərə söykənir, həmin dövrdə Waldorf Astoria mətbəxinin kralı sayılan baş aşpaz Oskar Çirki əlamətdar gecələri, eləcə də piknikləri öz xüsusi menyusu ilə təşkil edilməsinin əsasını qoymuşdu. Həmin illərdə baş aşpazlar öz təamlarını səmimi bir masa ətrafında toplaşan doğmaları və dostlarının qarşısında hazırlayırdılar. Daha sonra bu ənənəni Golden Ocala-dan Rik adlı aşpaz davam etdirdi. O öz mətbəxinə 14 iştirakçı toplayır və onlara təqdim olunacaq yeməklərin hazırlanma prosesini nümayiş etdirirdi. Bir müddət sonra restoranda 30–50 nəfərin toplaşdığı masalar bron edilməyə başlandı. Bu cür masalar "Chef’s Table" (Baş aşpazın masası) adlandırılırdı. Chef’s Table-ın əsas xüsusiyyəti bundan ibarətdir ki, baş aşpazın mətbəxdə hazırladığı təam eksklüziv təqdimatda müəyyən qrup insana servis edilir.

Chef’s Table formatı ABŞ və Avropa ölkələrinin restoranlarında böyük populyarlıq qazanıb. Bəzi məkanlarda baş aşpazlar yeməklərin hazırlanması zamanı qonaqlarla ünsiyyət qurur, reseptlərin sirlərini açıqlayır və inqrediyentlərlə bağlı məlumat verirlər. Bəzi məkanlarda isə Сhef’s Table əsl qastronomik təcrübəyə çevrilir.

Сhef’s Table çərçivəsində Gazelli Café-də sizin tədbir və konseptləriniz üçün baş aşpaz Timur Pivkin tərəfindən hazırlanmış təamlar əsasında xüsusi menyu yaradılır. Bu xidmət korporativ gecələr, rəngarəng bayramlar, işgüzar görüşlər, dostlarınız və doğmalarınızla bir araya gəldiyiniz anlar üçün ideal seçim olacaq.

Aşağıda artıq xüsusi gecələrinizdə populyarlıq qazanmış Сhef’s Table menyusunu sizə təqdim edirik:

Başlanğıc

Qızıbalıq və avokado ilə doldurulmuş xırtıldayan xəmir

Düyü krekerləri mortadella musu və katsuobusi ilə

Kartof və ançous balığı ilə minitart

PETIT CLOS SAUVIGNON BLANC ŞƏRABI (YENİ ZELLANDİYA)

İkinci yemək

Burrata pomidor, çiyələk və şam ağacı toxumu salatı ilə

Üçüncü yemək

Armud və aqava siropu ilə toyuq qaraciyəri

ROSE D’ANJOU ŞƏRABI (FRANSA)

Dördüncü yemək

İspanaq və rikottalı tortellini qaymaqlı sous ilə



Dördüncü yemək

Minyer sousu və tərəvəzlər ilə dəniz levrəyi

BIO CATARRATTO CHARDONNAY (AĞ ŞƏRAB) (SİCİLİYA)

Altıncı yemək

Bordelez sousu və raqu ilə Osso Buko

DE TERRA MADRASA (QIRMIZI ŞƏRAB) (AZƏRBAYCAN)

Sərinləşdirici içkilər

Mövsümi feyxoa şərbəti

Yeddinci yemək



Qəhvəli tart

Marakuyalı manqo çizkeyki

İtalyan kannolisi

Prosekko

ALKOQOLSUZ VƏ İSTİ İÇKİLƏR