Bloq. Gazelli Café

Bingo – Məzun gecəsi

6 iyul Gazelli Café-də “Bingo!” mövsümünün final oyunu şərəfinə məzun gecəsi keçirildi. “Bingo!” isti xatirələr, unudulmaz axşamlar, çoxsaylı sürprizlər və parlaq anları iz qoyaraq mövsümünü rəsmi olaraq bağladı.

Bütün qonaqlar nostalji yaşayıb, öz məktəb məzuniyyətlərinə qayıda bildilər: ağ önlüklər, qırmızı lentlər, bantlar və yazılı köynəklər. Bütün qonaqlar polaroidlə şəkil çəkdirib “məzun albomu”muzda öz kreativ imzalarını qoydular.

“Bingo!” final raundunun bir sıra oyunları, müsabiqələri və hədiyyələrindən sonra qonaqları DJ (dj Came), musiqili işıqlar, şampan və möhtəşəm rəqslərlə əsl şənliyə keçid edən aparıcı Rüfət Xələfovun effektli performansı gözləyirdi.