Bloq. Gazelli Café

Bingo – Wild West

Kovboy şlyapaları, oyma revolverlər, tikanlı kaktuslar, yüksək çəkmələr və qəbilə hindiləri – çərşənbə günü hər kəsin sevimli “Bingo!” oyununda Gazelli Café Vəhşi Qərbə çevrildi.

Bir sıra müsabiqələrlə yanaşı Texas sousu ilə yeni bir dad da sınaqdan keçirildi – qonaqlar sousun tərkibini tapmalı idilər. Eləcə də sürpriz konkursda sirli qutunun içində mövzuya uyğun müxtəlif əşyalar gizlədilmişdi, qonaqlar isə sadəcə toxunaraq nə olduğunu tapmalı idilər.

Final oyununun qalibi isə meqapriz olaraq, dəvət edilmiş partnyor Portal Games-dən hədiyyələr və “Vəhşi Qərb” kvestində iştirak imkanı qazandı.

Vestern üslubunda keçirilən gecə heç kəsi laqeyd qoymadı!