Bloq. Gazelli Café

Gazelli Café komandası “Qızıl Şah” Milli Kulinariya Çempionatında kubok əldə edib



Gazelli Café komandası ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qızıl Şah” Milli Kulinariya Çempionatında iştirak edərək bir daha öz peşəkarlığını nümayiş etdirib. Komandamız müsabiqədən kubok, qızıl və gümüş medallarla qayıdıb.

Çempionatın münsiflər heyətində İtaliya, Böyük Britaniya, Serbiya, ABŞ, Xorvatiya və digər ölkələrdən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin ("Worldchefs") hakimləri yer alıb.

2019-cu ildən bəri keçirilməsinə baxmayaraq “Qızıl Şah” Milli Kulinariya Çempionatı məhz bu il ilk dəfə olaraq rəsmi "Worldchefs" çempionatı statusu ilə baş tutub. Bu isə Milli Kulinariya Çempionatının qaliblərinin, müsabiqənin nəticələrinin və təcrübə keçən münsiflərin sertifikatlarının Beynəlxalq Kulinariya Cəmiyyəti tərəfindən birbaşa tanınmasına imkan yaradıb.

Komandamızın qələbəsi zəhmətin, peşəkarlığın, öz işinə qarşı sevginin, daim böyümək və inkişaf etmək istəyinin nəticəsidir.