Baş aşpaz Timur Pivkin bu il Baku Good Food qastronomiya klubunun Chef Award 2023 mükafatı üzrə parlaq qələbə əldə edib.
İlboyu hər ay qurman mətbəxi klubunun üzvləri Bakının ən yaxşı restoranlarında qastronomik şam yeməyi üçün toplaşırdı və təqdim edilmiş yeməklər qiymətləndirilirdi. Peşəkarlığı və öz işinə səmimi sevgisi sayəsində baş aşpaz Timur Pivkin bu görüşlərdə öz qeyri-adi kulinariya əsərləri, maraqlı inqrediyentlər, təamların möhtəşəm təqdimatı və dadı ilə klub üzvlərinin qəlbini fəth etmişdir.
Bu qələbə Gazelli Café komandası üçün fəth edilmiş növbəti zirvəyə çevrildi. Komandamızın nailiyyətləri ilə fəxr edir, əməksevərliyi və əldə etdiyi nəticələrlə qürur duyuruq. Gazelli House adından baş aşpazımızı əldə etdiyi qələbə münasibətilə təbrik edirik.