Bloq. Gazelli Café

Sevimli “BINGO!” oyunu sizə gəlir!


“BINGO!” tematik oyunu hər çərşənbə Gazelli Café-ni inanılmaz müsabiqələr, azart və əyləncə məkanına çevirir.

Gazelli Café komandası məmnunluq hissi ilə oyunumuzun artıq səyyar formada təşkil olunduğunu elan edir – indi yay evinizdə, ya da bağınızda yaxınlarınızla birlikdə keçirilən oyundan və Gazelli Café-də özəl hazırlanan menyunun yeməklərindən həzz ala bilərsiniz.

Gazelli Café-nin baş aşpazının zəngin və rəngarəng menyusu, barmenlərimizdən müəllif içkiləri, Rüfət Xələfovun aparıcılığında əyləncə dolu və sevilən oyun, hətta səyyar manqal!

Gəlin hər yay axşamı unudulmaz kiçik bayrama çevrilsin!