"İtalyan bəstəkar Cüzeppe Verdinin dediyi kimi, bütün dünyanı özünüzə götürə bilərsiniz, amma İtaliyanı mənə saxlayın".
Bir az ilham almaq, təcrübə qazanmaq, İtaliya mətbəxinin sirlərinə daha çox yiyələnmək, Mişlen restoranlarının ustalarının biliklərini mənimsəmək məqsədilə günəşli İtaliya şəhərlərinə üz tutdum.
Səfər ərzində hər gün yeni şəhərlərə səyahət edir, yeni restoranlarla tanış olurdum. Terrazinidə, Palermo əyalətində, Siciliya adalarının şərq sahilində — Kataniya şəhərində, Kastellammare di Stabiyada, Alkamoda, Taorminada oldum.
120-dən artıq yaşı olan zeytun yağı istehsalı zavoduna baş çəkdim, rəngarəng yerli bazarları gəzdim, italyan street food-unu (küçə yeməkləri) daddım. Cüzeppe Kostenin Mişlen restoranında təcrübə keçdim, mətbəxi daxildən öyrəndim, yerli kulinarlar və ustalarla birlikdə təamlar hazırladım, əvəzsiz təcrübə və təəssürat əldə etdim.
İtaliya — emosiyalar, parlaq boyalar, həyata və öz işinə qarşı ehtiras deməkdir. Təamların qonaqlara təqdim edilməsi zamanı italyan şedevrlərinin ərsəyə gətirilməsi ilə bağlı qədim hekayələrdən danışır, qida məhsullarının vəhdətinin unikallığından söz açırlar. Bu xüsusi münasibət gözəl hisslər bəxş edir və inanılmaz dərəcədə ilhamlandırır. İtalyan ustalar öz yaratdıqları hər şeyə ehtiramla yanaşırlar. Bu, məndə öz işimizə daha böyük sevgi ilə baxmağa, mətbəxdə hazırladığımız hər təama daha ehtiramlı olmağa sövq etdi.
Öz əhatəni genişləndirmək, yeni təəssüratlar və biliklər əldə etmək əvəzsizdir.
Səfərdən böyük ilhamla qayıtdıqdan sonra öz təəssüratlarımı yeni yeməklər vasitəsilə qonaqlarla bölüşmək üçün yeni menyunun yaratmağa başladım".