Bloq. Gazelli Café

Gazelli Café – böyük evin bir hissəsi kimi

Gazelli House hər guşəsi rəngarəng, faydalı və möhtəşəmliklərlə dolu

bir dünya kimidir.


Kafemizin atmosferindən və yeməklərindən zövq aldıqdan sonra girişi həyət tərəfdən olan The Gymnasium idman zalına daxil ola bilərsiniz. Burada qrup halında və fərdi məşqlər təklif olunur. Soroka Bar tərəfə keçərək isə gözəllik salonu, istedadlı tatu ustası, kosmetoloq, qaş ustası və vizajistin xidmətlərindən yararlana bilərsiniz. Bu mərtəbədə həm də Gazelli Shop-a nəzər sala bilərsiniz; burada hər kəs öz ruhuna və bədəninə uyğun nə isə tapacaq. Dünyanın müxtəlif yerlərindən gətirilmiş qeyri-adi əşyalarla dolu Soroka Concept Store-a baş çəkmək də seçimlər arasındadır.

Aşağı düşdükdə özünüzü Gazelli Wellness Club spa-prosedur məkanında tapacaqsınız. İkinci mərtəbəyə qalxdıqda isə kosmetoloqlarımızla və pirsinq ustamızla tanış ola, eləcə də Satya Healing Space-in ruhani atmosferində energetik masajdan və ya aroma-kouçun məsləhətlərindən faydalanaraq yeni bir şeyləri sınaya bilərsiniz.

Gazelli House-un üçüncü mərtəbəsində sizi bacarıqlı müəllimlər və müxtəlif rəqs növləri gözləyir. Eyni zamanda üçüncü mərtəbədə klassik və reformer üzərində pilates studiyası yerləşir.

Gazelli House-un kandarından içəri qədəm qoymaqla, gələn hər qonağın özü üçün xüsusi nəsə tapdığı ayrıca bir dünyaya daxil olmaqdan savayı, həm də sahib olduğunuz "özəl tərəflərinizi" kəşf edəcəksiniz.