Bloq. Gazelli Café

"Qızıl Şah" Kulinariya Çempionatı və qələbə haqqında

"Qızıl Şah" Kulinariya Çempionatı və qələbə haqqında
Baş aşpaz Timur Pivkinin rəhbərliyi ilə Gazelli Café komandası "Qızıl Şah" Kulinariya Çempionatında iştirak edib. "Qızıl Şah" peşəkar aşpazların komandaları arasında keçirilən birinci milli kulinariya çempionatıdır.

Kulinariya çempionatı ilk dəfə 2019-cu ildə keçirilib və daha sonra pandemiya ilə əlaqədar dayandırılıb. Bu il Ekspo Mərkəzində baş tutan çempionatda müxtəlif ölkələrdən dəvət olunmuş xarici ekspertlər, o cümlədən Avropanın müxtəlif kulinariya assosiasiyalarının rəhbərləri, Mişlen ulduzu mükafatçıları, beynəlxalq yarışma təşkilatçıları münsif qismində çıxış ediblər. Təşkilatçıların sözlərinə görə, "Qızıl Şah" çempionatı dahi Azərbaycan aşpazı Şahhüseyn Kərimovun şərəfinə adlandırılıb.


Çempionat çərçivəsində Gazelli Café komandası müxtəlif nominasiyalarda 3 qızıl və 4 gümüş medal, o cümlədən ən yaxşı balıq yeməyi, ən yaxşı restoran deserti və ən yaxşı restoran yeməyinə görə medal qazanıb. "Bu qələbə zəhmətin və gördüyümüz bütün işlərə hədsiz məhəbbətimizin nəticəsidir. Bizim üçün bu, doğru istiqamətdə olduğumuzun, böyüməyə və inkişaf etməyə davam etdiyimizin növbəti sübutudur.

Fəaliyyət illəri ərzində komandamız fərqli müsabiqə və layihələrdə iştirak etmiş və qələbə qazanmışdır; bu bizi sevindirməyə bilməz. "Qızıl Şah" Kulinariya Çempionatına hazırlaşarkən yeni yeməklər yaradır, sınayır və müxtəlif inqrediyentləri yoxlayırdıq. Bu il çempionatda Azərbaycanın ən yaxşı restoran və hotelləri iştirak edirdilər. Komanda işimizə və qələbəyə görə qürur hissi möhtəşəmdir!" – Gazelli Café-nin baş aşpazı Timur Pivkin dedi.