Bloq. Gazelli Café

Gazelli Cafe-də yeni desertlər

Burma kruassan — qəlbinizi riqqətə gətirəcək yeni şirin dad! Bu, sirli resept əsasında hazırlanmış və şəhərdə analoqu olmayan təbii yüksək keyfiyyətli tərkibə və qeyri-adi xüsusiyyətlərə malik kulinariya ekoməhsuldur. Fıstıqlı zərif burma kruassan, "Rubi" şokoladlı burma kruassan, Şokoladlı-badamlı pralinlə burma kruassan, Vanilli kremlə burma kruassan, "Lotus" kremi ilə burma kruassan.

Bəs siz hansını seçərdiniz?

Sizə gözlərinizi çəkə bilməyəcəyiniz yeni tematik desertlərimiz haqqında məlumat vermək istəyirik: fıstıqlı biskivit, zərif köpük kremi, moruq və laym içlikli Frosty Bites və hər bir detalı yerfıstığı tərkibli təbii şokolad, karamel və qaymaqlı krem-pendirdən hazırlanmış Winter Wonder.

Sağlam qidalanma həvəskarlarını isə yeni pəhriz şirniyyatımızla sevindirəcəyik — müəllif resepti əsasında hazırlanmış laktozsuz, qlütensiz və şəkərsiz Coffee Delight.