Tez-tez özünüzə sual verirsinizmi "Görəsən, Gazelli Café-nin desertlərini və yeməklərini kim hazırlayır?" Hər bir kulinariya yaradıcılığının arxasında baş aşpaz Timur Pivkinin rəhbərliyi altında öz işini eşqlə görən mehriban peşəkar komanda dayanır. Komandamız daim yeni biliklər əldə edir, inkişaf edir, qeyri-adi dadlar kəşf edir və yeni zirvələri fəth edir. Belə ki, noyabrda istedadlı qənnadıçılarımız Sankt-Peterburq şəhərində baş qənnadıçı Aleksandr Kislitsın-ın təlimlərinə yollanıblar. Bu müddət ərzində onlar kulinariya sirlərinə, yeni reseptlərə yiyələniblər, ilhamlanaraq və gözəl təəssüratlarla, qonaqlarımız üçün kulinariya əsərləri yaratmaq üçün hazır əhvali-ruhiyyədə qayıdıblar.