Bloq. Gazelli Café

Gazelli Café-dən vegetarian menyusu

Bilirdinizmi, Gazelli Café-nin yenilənmiş menyusunda vegetarianlar üçün seçimlər var? Təamlar, salatlar və qəlyanaltılar dadla o qədər zəngindir ki, rasionuna ətli yeməklər daxil etməyə üstünlük verən, lakin yenilik axtarışda olanlar da onlara laqeyd qala bilməyəcəklər. Bu gün sizə vegetarianlar üçün nəzərdə tutulmuş bir neçə təam haqqında məlumat verəcəyik.

İSPANAQLI RİKOTTA TORTELLİNİ AĞ SOUSLA— rikotta pendiri, ağ qaymaqlı sousda hazırlanmış ispanaqla doldurulmuş tortellini. Bu təam yaşıl noxud, qulançar və dadını tamamlayan parmezan pendiri ilə təqdim edilir.

VEGETARİAN BURGER — bu, vegetarianlar üçün əsl cənnət həzzidir. Hellim pendiri, humus və tər tərəvəzlərlə vegetarian burgeri evsayağı brioş çörəyində təqdim edilir.

QIZARDILMIŞ MOZARELLA PENDİRİ GİLƏMEYVƏLİ SOUSLA — suxarıya batırılmış şirəli mozarella çubuqları. Bu təam şirin və duzlu dadın möhtəşəm ahəngini yaradaraq pendirin zərifliyini və "qaymaq kimi" teksturasını vurğulayan giləmeyvə sousu ilə təqdim edilir.

AVOKADOLU QUAKAMOLE SUXARI İLƏ — tər və şirəli pomidorlardan hazırlanmış salsa, xırçıldayan çipslər və buğda toxumları ilə quakamole — bu təam şam yeməyinizi tamamlayan xüsusi detal olacaq.

NOXUDLU VƏ TƏRƏVƏZLİ HUMUS VƏ PİTA ÇÖRƏYİ — seçilmiş noxud və tahinlə hazırlanmış, təzə sıxılmış limon şirəsi əlavə edilmiş humusla özünüzü Şərq ab-havasında hiss edin. Tərəvəz çubuqları və daş kürədə bişmiş təzə pita ilə zərif püre kulinariya səyahətinizin ideal başlanğıcı olacaq.

XIRÇILDAYAN BADIMCAN — badımcandan hazırlanmış bu qəlyanaltının hər dilimi qızılı rəng alana qədər qızardılır, balzamik sous, stridiya sousu və turşaşirin sousla, üzərinə səpilmiş incə günəbaxan tumları ilə təqdim edilir. Bu təam dad reseptorlarınız üçün əsl kəşf olacaq.

QRİLDƏ AVOKADO SALATI — aysberq kahısı, pomidor, qarğıdalı, xırçıldayan ağ pita və əlbəttə ki, qrildə avokado — salatın hər elementi dadının zənginliyindən xəbər verir. İki sousla təqdim edilir: yasay sousu (xardal, moruq sirkəsi, soya sousu, qırmızı şərab sirkəsi, sarımsaq, bal, mayonez və zeytun yağı tərkibli), şarmulya (cəfəri, keşniş, zirə və zeytun yağı tərkibli).

BURRATA PENDİRİ VƏ PESTO SOUSLU FOKAÇÇA — buratta ilə fokaçça əsl kulinariya əsəridir. Marinə edilmiş pomidor, aruqula, burrata pendiri və pesto sousu ilə daş kürədə təzə bişmiş çörək — bu, əsl dad və rayihə bayramıdır.

HELLİM PENDİRİ VƏ ARMUD SALATI — şirəli armud, şirin üzüm gilələri, hellim pendiri, pomidor və ballı-xardallı zərif sous rayihə və dad ahəngi yaradaraq dad reseptorlarınızı feyzyab edəcək.

QAYMAQLI BROKKOLİ ŞORBASI — incə doğranmış brokkoli, soğan, kartof, qaymaq, nanə və zeytun yağı ilə təzə tərəvəz bulyonu. Bu şorba parmezan pendiri və xırçıldayan suxarı ilə təqdim edilir. İdeal zəriflik ahəngi yaradır.

POMİDOR ŞORBASI — pomidor şorbamız sobada bişirilmiş pomidor, soğan, kök, reyhan, oreqano və sarımsaqla hazırlanır. Suxarı ilə təqdim edilir.

GÖBƏLƏK ŞORBASI — zeytun yağında soğanla qızardılmış, qaymaq, duz, istiot əlavə edilmiş şampinyonlar təkrarolunmaz dad yaradır. Şorba ən dadlı ağ göbələklərin tozu ilə tamamlanır. Bu, şorbaya xüsusi zəriflik bəxş edir.

QULANÇAR ŞORBASI — qaynadılmış qulançar, yaşıl noxud və qabaqla hazırlanmış ətirli şorba. Təzə inqrediyentlər tərəvəz bulyonunda qaynadılır, sonra isə krem konsistensiyasına çatana qədər çalınır.