Bloq. Gazelli Café

Yeni İl seti Gazelli Cafedən

Milad və Yeni il ərəfələri bayramqabağı xoş təlaşlar deməkdir: yaxınlarımız üçün hədiyyələr seçmək, masaları bəzəmək, yemək hazırlamaq, ötən ili yekunlaşdırmaq, gələn il üçün məqsəd və istəklərin siyahısını hazırlamaq ✨

Biz Gazelli Cafe komandası olaraq sizə ən dəyərli hədiyyə və resurs olan - Vaxtı hədiyyə etmək qərarına gəldik.
Belə ki, baş aşpazımızın Yeni İl təamlarından ibarət dəsti sizi mətbəx təlaşlarından xilas edəcək, istənilən ziyafət axşamını bəzəyəcək, vaxtınıza qənaət etməyə, ailəniz və dostlarınızla bayram şam yeməyindən həzz almağa və diqqətinizi ən vacib şeylərə cəmləməyə yardımcı olacaq!

Sizin üçün bir neçə variant təqdim edirik: bayram süfrəsi üçün 6 nəfərlik bütöv bir Yeni il dəstini, və ya əsas təam olan - heyva və giləmeyvə sousu ilə bişmiş qaz yeməyini sifariş edə bilərsiniz!

Əlavə məlumat və sifariş üçün +994702773465 nömrəsinə zəng edə və ya direkt bölməsinə yaza bilərsiniz.