“Kinolentlər insanı rəngarəng kostyumlar, valehedici süjetlər və aktyorların zəngin həyatının olduğu dünyaya aparır.” – “Bingo!”-nun ötən gecələrindən biri kinematoqrafiyaya həsr olundu. Çəkiliş meydançasından seçilmiş dekorasiyalar, böyük ekranda proyektor və ağ-qara kinokadrlar, sevimli kino qəhrəmanlarını canlandıran qonaqlar, maraqlı müsabiqələr və tapmacalar.
“Bingo!” oyununda hətta ən kreativ obraz nominasiyasında Oskar mükafatı da verildi – qalib, gecənin partnyorlarından olan Cinema Plus-dan maraqlı hədiyyə qazandı.
Kino mövzusunda kiçik şənliyimiz gözəl anlar, səmimi gülüşlər və fantaziya sıçrayışları ilə dolu idi!