Bloq. Gazelli Café

Gazelli Café-də yenilənmiş menyu – payız rənglərinin müxtəlifliyi!

Komandamızın özünəməxsus cəhətlərindən biri sınaqdan keçirmək cəsarəti və həvəsidir.

Gazelli Café-nin baş aşpazı Timur Pivkinin dediyi kimi: "Yeni və bənzərsiz dadlara yer açmaq üçün qonaqlar arasında məşhurlaşmış təamları menyudan çıxarmaqdan qorxmuruq. Məsələn, menyumuza qlütensiz çörək artıq daxil edilib. Bu, sağlam qidalanmaya üstünlük verənləri sevindirəcək. Payız-qış mövsümünün astanasında isə ruhunuzu isidəcək və xoş ab-hava bəxş edəcək desertlər əlavə etmişik. Hər dəfə yeni təam yaradanda onun, sadəcə, dadlı deyil, eyni zamanda həqiqətən, xüsusi olmasına səy göstəririk".