Bloq. Gazelli Café

Hər çərşənbə günü Gazelli Café-də "BINGO!" tematik oyunu keçirilir.

"BINGO!" Gazelli Café məkanını inanılmaz yarışlar, həyəcan və əyləncə dünyasına çevirən temalı oyundur. İstedadlı aparıcı ilə hər loto raundundan sonra qonaqlarımızı əyləncəli müsabiqələr, testlər və məntiq oyunları gözləyir.

Qaliblərə Gazelli House və dəvət olunmuş sponsorlardan maraqlı hədiyyələr təqdim edilir.
Bütün hədiyyələr tematikaya uyğun seçilir: incəsənət, sevgi, astrologiya, tarix... Sevimli oyununuz zamanı Gazelli Café kiçik cümə gününə çevrilir!


"Şəhərdə belə şeyi ilk təşkil edən bizik. "BINGO!" iştirakçılara azart hissi, yeni parlaq emosiyalar bağışlayır. Qonaqlar masa başında əyləşir, dadlı təamlar və inanılmaz içkilərdən zövq alır və oyunun ab-havasına dalırlar. Şanslarını sınamaq, hədiyyələr qazanmaq, bir-biri ilə yarışmaq üçün gəlirlər – bu, insana çox böyük enerji verir! "BINGO!" oyununda qonaqlara iki başqa oyun da təklif edirəm: musiqili və intellektual. Beləliklə, şansla və bəxtlə yanaşı, məntiqlərini də sınaya bilərlər.

Tez-tez yeniliklər edirik – yeni oyunlar, tapmacalar, cəldlik, hərəkət tezliyi, sayıqlıq və yaddaş müsabiqələri. Çərşənbə oyunlarında Gazelli Café-də sehrli ab-hava hökm sürür. Bu, bağda ailəlikcə yığışıb, sevdiyin insanların əhatəsində vaxt keçirməyə bənzəyir. Rahat, isti, dadlı, maraqlı və əyləncəli!” – Rüfət Xələfov, "BINGO!" oyunun aparıcısı.