Bloq. Gazelli Café

BINGO – Hawaii

"And we all say "Aloha!""


"Land of Aloha", yəni "sevgi ölkəsi" adlandırılan Havay, ABŞ-ın 50-ci ştatının ən gözəl
adalarından biridir. Sakit okean sahillərində yerləşən möhtəşəm çimərliklər, vulkanların olduğu dağ massivləri, sıx cəngəlliklər, əzəmətli palma ağacları, yumşaq qum, əsrarəngiz sualtı peyzajlar, ən müxtəlif rəng və formalara malik qəribə balıqlar, ekzotik rənglərin və meyvələrin rəngarəng çeşidi. 

Hesab edilir ki, Havay adalarına səyahət həyatda dönüş nöqtələri sırasına aid edilə bilər – siz bu
səyahətdən tamamilə başqa bir insan olaraq qayıdacaqsınız. Bruno Marsın da dediyi kimi: "Havay bir cənnətdir. Havada musiqi qoxusu var." 

İyunun 15-də sevimli oyunumuz "BINGO!" çərçivəsində qonaqlarımızla birlikdə bu tropik
adaya düşdük. Burada bizi çoxsaylı sürprizlər gözləyirdi: ənənəvi "Limbo" oyunundan maraqlı müsabiqələrə, göz qamaşdıran fotozonadan və yaxşı düşünülmüş dekorasiyalardan tutmuş qonaqlarımızın möhtəşəm geyimlərinə qədər hər şey.          

Havay üçün səciyyəvi gül çələngi (lei), kandarda ənənəvi salamlaşma "Aloha!" və budur – qonaqlar artıq okean sahilində tropik şənliyin sehrli ab-havasını hiss etməyə başlayıblar!