Bloq. Gazelli Café

Gazelli House-da çox sayda yeni xəbər var!

Astroloqla konsultasiya

Artıq Gazelli House-un ikinci mərtəbəsində vedik astroloq, astropsixoloq və təyinatın axtarışı üzrə mütəxəssis Nigar Əsgərin otağına baş çəkə bilərsiniz. Təcrübə tarixçəsində bir neçə aparıcı astroloji məktəb, uğurla tamamlanmış akademiya təhsili, 1000-dən çox natal xəritə və beşillik aktiv konsultant fəaliyyəti var.

Latın Amerikası rəqslərinin bütün pərəstişkarlarının diqqətinə

Gazelli House-da yeni başlayanlar üçün qruplar yığılır. İstiqamətlər: salsa və baçata. Yeni başlayanlar üçün dərslərin cədvəli belədir: (Salsa) çərşənbə axşamı-cümə axşamı 20:00-da, çərşənbə - cümə 19:00-da, (Baçata) Bazar ertəsi-Cümə 20:00-da, şənbə-bazar 17:00-da.

Reforma Studio-da maraqlı yeniliklər var

Yeni avadanlıqlar gətirilib — chair, ladder-barrel, spine corrector. Və bu, bədən quruluşu və qamətinizi düzəltmək üçün daha çox dərs, faydalı məşq və texnikalar deməkdir! Yay üçün əsl lazım olan.

Heç kimə deməyin: studiya təlimçiləri bu yaxınlarda pilates üzrə bütün 6 təhsil səviyyəsini tamamlayıb və indi beynəlxalq imtahana hazırlaşırlar. Onlara uğurlar arzulayaq!

Aroma-kouçumuz yeni təlimini uğurla başa vurdu.

Detalları öyrənmək üçün yanına qaçdıq!

"Efir yağları və çakra sistemi üzrə Ayurveda məktəbini bitirdim. Yağ və çakralar arasındakı əlaqə həmişə mənə sehrli görünürdü və bu məsələni araşdırdıqdan sonra yağlarla işləməyin müxtəlif üsullarına aşiq oldum, həmçinin yağın çakranı balanslaşdırmağa necə kömək edə biləcəyini ətraflı təhlil etdim. Bu biliklərlə bir çox məsələni həll etməyə, xüsusən özünəinam, bolluq, cəmiyyətlə münasibətlə əlaqəli məqamları anlamağa özünüzə kömək edə bilərsiniz. Artıq konsultasiyaya yazılmısınız?

Xəbəri eşitmisiniz?

Bu yaxınlarda Afaq Bərxudayeva, Z.Baydar.Lab salonunun baş stilisti yeni trixologiya-estetika kurslarını tamamlayıb. İndi gözəl bir saç düzümü, rəngləmə və ya saç kəsimi etməklə yanaşı, həm də diskomfort yaradan problemlərinizin həllini

tapa biləcəksiniz: quruluq, qaşıntı, kəpək, soyulma, tökülmə.