Bloq. Gazelli Café

BINGO – La Dolche Vita

"İtaliya ölkə deyil, hissdir".


İtaliya gözəllik və sadəliyin inanılmaz vəhdəti, ucsuz-bucaqsız peyzajlar, qədim tarix və səmimi duyğulardır. İtaliya "damaqda xoş bir dad buraxır", bundan sonra onu daha da yaxından tanımaq istəyirsən, çünki "iştaha yemək zamanı gəlir". İtaliya təzadlar və fərqlilik, zərafət və tərz ölkəsidir.

Onun koloritindən və tarixindən ilhamlanaraq yayın ilk günündə özümüzü 50-60-cı illərdə tapdıq. Florensiyada qədim "Palazzo Pitti"-də moda nümayişlərinin təşkil edildiyi bu dövrün yüksək italyan dəbi haqqında əfsanələr gəzirdi. Bütün XX əsr ərzində moda dühaları bu ölkədə anadan olublar. Məhz İtaliya dünyaya Canfranko Ferre və Canni Versaçe, Akilla Maramotti, Corco Armani, Miuçça Prada kimi tanınmış simalar bəxş edib.

Gözqamaşdırıcılıq, həyatsevərlik, temperament bu günəşli ölkənin sakinlərini təcəssüm etdirən xarakterik cəhətlərdir.

İyunun 1-də baş tutan "BINGO!" gecəsinə italyan tərzində dekorasiyalar, qeyri-adi fotozona, SALAMAKHINA brendindən rəngarəng ipək yaylıqlar kimi tematik detallar rəng qatmışdı. Gələn qonaqlar öz obrazlarını ən incə detallarına qədər düşünmüş və inanılmaz bir ab-hava yaratmışdılar. 

La Dolche Vita – bu gecənin oyununu ən yaxşı xarakterizə edən bir ifadədir.